Tbilisidə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşüb.
Bunu İ.Darçiaşvili tviterdə yazıb.
O bildirib ki, bu səfər Gürcüstan və Britaniyanın ikitərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu göstərir.
Gürcüstan xarici işlər naziri səfərə görə həmkarına təşəkkür edib.