Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” 23 noyabr 2022-ci ildə Belqrad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.