Ukraynada üç nazir istefa ərizəsi yazıb.
Bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk “Telegram”da məlumat verib.
“Ali Rada təhsil və elm naziri Sergey Şkarletin, strateji sənayelər naziri Pavla Ryabikin və Ukrayna baş nazirinin müavini – rəqəmsal transformasiya naziri Mixail Fyodorovun istefalarını qeydə alıb”, - deyə o yazıb.
Xatırladaq ki, Nazirlər Kabinetində bir sıra kadr dəyişiklikləri nəzərdə tutulub.
Qeyd olunub ki, Təhsil və Elm Nazirliyinin rəhbəri vəzifəsinə Oksen Lisovoy, strateji sənaye naziri vəzifəsinə isə Aleksandr Kamışin təyin olunacaq.(APA)