"Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yeni tarixi müzakirə olunacaq"
Senzor.az bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün tərəflərlə görüş keçirmək barədə razılığa gəlib.
“Yaxın gələcəkdə hər üç nazir üçün hansı tarixlərin əlverişli olduğunu görəcəyik”, - deyə o vurğulayıb.