Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin danışıqlardan sonra şam yeməyində bir araya gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, çinli həmkarının və nümayəndə heyətinin bütün üzvlərinin sağlığına, eləcə də tərəfdaşlığın dərinləşməsi şərəfinə badə qaldırıb.
Putin tostunu Çin dilində “Qan Bei!” ifadəsi ilə bitirib. Öz növbəsində Si Cinpin səmimi qəbula görə Putinə ürəkdən minnətdarlığını bildirib.
Bununla da Çin liderinin Rusiyaya səfəri başa çatıb.