"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. 

 

Senzor.az bildirir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

 

Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

 

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.