Qərbin reaksiyası Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etmir.
APA-nın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Belə bir reaksiya, sözsüz ki, Rusiyanın planlarını dəyişə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə hər şeyi izah etdi, buna əlavə ediləcək heç nə yoxdur", - deyə Putinin sözçüsü Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları barədə Qərbin tənqidlərini şərh edərkən vurğulayıb.