AVRO-2024: Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İsveç yığmasının qonağı olub.

 

Senzor.az bildirir ki, Stokholm şəhərindəki “Friends Arena”da  fransalı qadın baş hakim Stefani Frapparın idarə etdiyi matçda hesabı İsveç millisi açıb. 38-ci dəqiqədə Emil Forsberq adını tabloya yazdırıb. Görüşün ilk hissəsi İsveç seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

 

İkinci hissədə millimizin müdafiəçisi Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Qarşılaşmanın 65-ci dəqiqəsində futbolçumuz topu öz qapımızdan keçirib. Matçın 79-cu dəqiqəsində Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson futbolçularımızı meydanın mərkəzinə dəvət ediblər. Matçda son nöqtəni 89-cu dəqiqədə isveçli futbolçu Antoni Elanqa qoyub və komandasının böyük hesablı qələbəsinə imza atıb.

 

Beləliklə, görüş İsveç yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, F qrupunun ilk turunda Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4 hesabı ilə uduzmuşdu. 

 

Millimiz növbəti oyununu iyunun 17-də doğma meydanda Estoniya seçməsinə qarşı keçirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.