Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

“Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün bu dövlət neytral olmalı, bloklara, o cümlədən NATO və Avropa İttifaqına (Aİ) üzv olmamalıdır”.


Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.


O bildirib ki, Ukrayna, həmçinin nüvə silahı əldə etməyəcəyini təsdiqləməlidir: “Həmçinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası, rusdilli vətəndaşların, rus dilinin və milli azlıqların hüquqlarının müdafiəsi, Rusiya ilə sərhəddən sərbəst gediş-gəlişin təmin olunması məcburi şərtdir. Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı təqiblər dayandırılmalıdır. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin dağıtdığı infrastruktur bərpa olunmalıdır”.


Nazir müavini iddia edir ki, Ukraynanın ilhaq və işğal olunmuş Krım, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXQ), Zaporojye və Xerson vilayətlərinin sakinləri öz talelələrini özləri müəyyənləşdirməlidirlər.


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.