Türkiyənin 6 müxalif partiyası tərəfindən prezident postuna namizədliyi irəli sürülən CHP sədri Kemal Kılıçdaroğlu Məmləkət Partiyasının (MP) sədri Muharrem İnce ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kılıçdaroğlu MP-nin qərargahına baş çəkib.
Görüşdən sonra mətbuata açıqlama verilib.
Qeyd edək ki, İnce Türkiyə prezidentliyə namizəd olmaq üçün yetərli sayda imza toplayan 2 siyasətçidən biridir.