Biz Azərbaycanla dost ölkəyik, Təmsilçilik Ofisinin açılması qərarına görə təşəkkür edirik - FƏLƏSTİN XİN BAŞÇISI
YENİLƏNİB

“Mən azərbaycanlı həmkarımı regiondakı vəziyyət, üzləşdiyimiz çətinliklər və işğal barədə məlumatlandırdım, fələstinlilərin hər gün üzləşdiyi təzyiqlər barədə məlumat verdim”.


APA xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.


“Azərbaycan XİN başçısı da həmçinin Qarabağ müharibəsinin nəticələri və postmünaqişə dövrü barədə mənə ətraflı məlumat verdi. Azərbaycanın qonşu dövlətlə normallaşma səyləri barədə geniş məlumat aldım.


Biz Azərbaycanla dost ölkəyik, bu dostluğumuz tarixə, mədəniyyətə, dinə dayanır və müxtəlif aspektləri əhatə edir. Liderlərimiz bu əlaqələrin güclənməsində qərarlıdır.


Biz yaxın gələcəkdə əlaqələrimizin daha da irəliləməsi üçün atacağımız addımlar barədə razılığa gəldik. Biz Azərbaycanla sülh, rifah və çiçəklənmə ilə bağlı eyni prinsipləri bölüşürük. Biz gələcəkdə də birbaşa və digər formatlarda dialoqumuz davam edəcək.


Əziz dostum bizə səfərinizə görə təşəkkür edirəm. Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması qərarına görə təşəkkür edirik” – o qeyd edib.

**15:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.


APA xəbər verir ki, görüş Ramallahda baş tutub.


Sonra Azərbaycan və Fələstin XİN başçılarının geniş tərkibli görüşü olub.


Hazırda Ceyhun Bayramov və Riyad Əl-Maliki brifinq keçirir.

**15:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.


Hazırda Azərbaycan və Fələstin XİN başçılarının geniş tərkibli görüşü keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.