İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.
Bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə, enerji və regional kontekstdə təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla ümumi maraq doğuran mövzular ətrafında səmimi müzakirə aparılıb”, - İtaliya Müdafiə Nazirliyindən bildirilib.