Aprelin 3-də Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.
Senzor.az bildirir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahına istinadla yerli KİV məlumat yayıb.
Məlumatda deyilir: “On nəfər müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennaya və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”.
Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından indiyədək 2005 nəfər ukraynalı əsirlikdən azad edilib.