Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik etdi

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikası Baş nazirinin yeni təyin olunmuş müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Senzor.az-a bildiriblər ki, həmkarını Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan ilə Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.