Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hazırda “Su-27” və “Miq-29” qırıcılarından ibarət beş briqadaya malikdir.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın telemarafonda məlumat verib.
"Döyüş təyyarələrinin Ukraynaya verilməsi tarixi addımdır. Bu gün belə təyyarələrdən ibarət beş qırıcı briqadamız var: iki “SU-27” və üç “MİQ-29” briqadası”, - deyə Y.İqnat bildirib.
Onun sözlərinə görə, bu tip silahların ötürülməsi istiqamətində atılan ilk addım digər ölkələr üçün bir işarədir.
"Növbəti addım kimi müasir qabaqcıl aviasiya platformalarının göndərilməsi olacaq", - deyə spiker vurğulayıb.