İsrail İranın Suriyadakı bazalarına yenə raket zərbələri endirdi

İsrail Müdafiə Ordusu (İMO) Suriyanın paytaxtı Dəməşqin ətrafına raket zərbələri endirib.

 

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

 

Bildirilib ki, aviazərbələr İsrailin nəzarəti altında olan Colan təpələrindən endirilib. İddiaya görə, Dəməşq hökumətinin qüvvələri raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. 

 

BƏƏ mərkəzli “Al Hadath” telekanalı zərbələrin hədəfinin Dəməşqin hava limanı və şəhərin cənub-şərq hissəsi olduğu iddiasını irəli sürüb.

 

Eyni zamanda, Dəməşqin rəsmi mətbu orqanı SANA dinc sakinlər arasında tələfatın olduğunu iddia etsə də, “Hizbullah”a yaxın teleqram kanalında Suriya mənbələrinə istinadən iranyönümlü qruplaşmaların üzvləri arasında itkilərin olduğu bildirilib. Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) yaxınlığı ilə tanınan digər teleqram kanalında aviazərbənin paytaxtətrafı Əl-Kisvə şəhərindəki şüşə zavoduna endirildiyi açıqlanıb.

 

Beləliklə, son 6 gündə bu, İsrailin İranın Suriyadakı obyektlərinə sayca 4-cü zərbəsidir.

 

“Report”xatırladır ki, İsrail Müdafiə Ordusu adətən Suriyada konkret zərbələr barədə heç bir açıqlama vermir, lakin etiraf edir ki, son on ildə ölkədə möhkəmlənməyə çalışan İranın dəstəklədiyi qruplara qarşı yüzlərlə döyüş uçuşu həyata keçirib.

 

İMO həmçinin bildirir ki, zərbələr qruplaşmaları, xüsusən “Hizbullah” üçün nəzərdə tutulan silah daşımalarını hədəf alır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.