Dünən axşam Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Onlardan dördü "Dəmir Günbəz" tərəfindən dəf edilib. İkinci həyəcan siqnalından sonra Qəzza zolağından daha dörd raket atılıb və açıq ərazilərə düşüb", - deyə məlumatda qeyd olunub.
"KAN" telekanalı bildirib ki, dəf edilməyən bir raket Sderot şəhərinin sənaye zonasında yerləşən fabrikə düşüb.
France Press isə xatırladıb ki, bütün bunlar Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərlə polis arasında toqquşma fonunda baş verib.