Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Azərbaycanda səfərdədir.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.
“Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə Bakıda görüşməkdən məmnun oldum. Yüksək səviyyədə olan Britaniya və Azərbaycan əlaqələrini daha da, inkişaf etdirmək üçün səmərəli müzakirə apardıq”, - səfir qeyd edib.