Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Kremldə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşün jurnalistlər üçün açıq olan hissəsində Putin deyib ki, iki ölkə bütün sahələrdə birgə çox böyük işlər görüb. Onun sözlərinə görə, Rusiya və Belarusun ticarət dövriyyəsi 12% artıb.
A.Lukaşenko isə qeyd edib ki, Rusiya-Belarus ittifaqına dair bağlanmış 28 proqramın 80 faizlik hissəsi başa çatıb.
**20:00
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.
Senzor.az xəbər verir ki, Belarus liderinin təyyarəsi “Vnukovo 2” hava limanına enib.
Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb.
Bundan başqa, ölkə başçıları Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcəklər.