Ermənistan polisi Qarabağa qanunsuz keçmək istəyən radikalları geri qaytardı

Ermənistan polisi aprelin 6-da Qarabağa getməyə cəhd edən “Birgə” müxalifət hərəkatının nümayəndələrinin qarşısını Gorusun Teğ kəndində kəsib.

 

Bu barədə erməni mediası Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyana istinadən xəbər yayıb.

 

“Biz aprelin 1-dən Dağlıq Qarabağa yeni yolun - o da Tex kəndindən keçir - açıq olmasının doğru olub-olmamasını yoxlamaq istədik. Kəndə çatdıq, polis əməkdaşları öz təhlükəsizliyimiz üçün bizi buraxa bilməyəcəklərini izah etdilər”, - deyə A. Sarkisyan vurğulayıb.

 

Bildirilir ki, “Birgə”çilər başqa bir kənddən, Kornidzordan keçiblər, lakin burada da polis onları geri qayıtmağa çağırıb və demarkasiyanın xəritələrdən istifadə edilərək aparıldığını bildirib. Sarkisyan isə polisin arqumentini absurd və siyasi cəfəngiyyat adlandırıb.

 

“Onlar ərazimizi işğal ediblər və biz xəritələrdə onlara izah etməyə çalışırıq ki, səhv ediblər. Bu, hakimiyyətin vətəndaşların və dövlətin təhlükəsizliyini təmin edə bilməyəcəyinin təsdiqidir"-radikal müxalifətçi iddia edib.

 

Bildirilir ki, sərhəd qoşunlarının rəhbərliyi bir neçə gündən sonra müxalifətə cavab verəcəklərini bəyan edib.(Musavat.com) 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.