Xəbər verdiyimiz kimi, aprelin 6-da İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa və diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
Senzor.az bildirir ki, bu barədə reportaj hazırlayan AzTV kanalının aldığı məlumata əsasən, iranlı diplomatlar Azərbaycan ərazisini hələ də tərk etməyiblər.
Məlumatı dəqiqləşdirmək üçün İran səfirliyinin önünə gələn AzTV əməkdaşlarına isə səfirliyin tərcüməçisi olduğunu bildirən şəxs hücum edib.
Daha ətraflı AzTV-nin süjetində: