TÜRKSOY-un UNESCO üzrə nümayəndə heyəti Şuşada səfərdədir - FOTO

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında iştirak edən xarici nümayəndə heyəti Şuşa şəhərinə gəlib.


Məlumata görə, bu gün Qafqazın mirvarisi olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçiriləcək və iclasın yekun bəyanatı elan olunacaq.


Nümayəndə heyətinə TÜRKSOY baş katibinin müavini, Macarıstanın Azərbaycandakı səfiri, həmçinin 10 Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri daxildir.

Səfər zamanı xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, bərpa işləri, eləcə də Şuşa şəhərinin təbii gözəlliyi ilə də tanış olacaqlar.


Qeyd edək ki, ötən gün Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilib.(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.