Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “CNN Türk” telekanalına müsahibəsində bildirib ki, Ankara Azərbaycanla birlikdə Avropa ölkələrinə qaz tədarük etməyi gözləyir.
Nazir bəyan edib ki, Azərbaycan Türkiyəyə böyük investisiyalar yatırır. Xüsusilə, Azərbaycan dövlət neft şirkəti SOCAR həm də Türkiyədə ən böyük investorlarından biridir.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı üçüncü ölkədə də davam edəcək.
“Yeni əməkdaşlıq növləri olacaq. BOTAŞ və SOCAR (Türkiyə və Azərbaycan Dövlət Şirkətləri) yeni şirkət yaradıblar. Biz Avropaya qaz tədarük edəcəyik. Biz bəyan etmişik ki, qaz ticarətinin mərkəzinə çevriləcəyik. Balkan ölkələri Azərbaycan və Türkiyədən qaza ümid edir”.
Dönməz bildirib ki, Türkiyə Parlamenti beynəlxalq qaz ticarət mərkəzinin, qaz qovşağının işə salınması üçün zəruri olan qanunvericiliyə düzəlişlər etməyə başlayıb.