Böyük Britaniyanın Baş naziri Rişi Sunak aprelin 11-də Belfastda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, C.Baydenin səfəri Şimali İrlandiyada illərlə davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə həsr olunur.