Tbilisidə müxalifət aksiya keçirir

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının təşkilatçılığı ilə “Avropada birlikdə” şüarı altında Tbilisinin Rustaveli prospektində parlament binası qarşısında aksiya keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyanın əvvəlində səhnədən Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnləri səsləndirilib.

 

Yüzlərlə insan həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

 

Aksiyanın təşkilatçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edir.

 

Parlamentin yaxınlığındakı etirazçılara qanunverici orqanın təxminən bir kilometrliyində yerləşən Rustaveli metro stansiyasından yürüş edən gənclər hərəkatının üzvləri də qoşulub.

 

Tələblər arasında, həmçinin eks-prezident Mixail Saakaşvili və “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad edilməsi də var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.