Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
O, Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb və regiondakı vəziyyəti müzakirə edib.
Görüş zamanı ölkələr arasında əlaqələr və onların inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Armen Qriqoryanla Əli Şamxani arasında əvvəlki görüş ötən ilin iyulunda İrəvanda olmuşdu.
Senzor.az