Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.
“TRT Haber” xəbər verir ki, Özbəkistanın dövlət başçısına yeni elektromobilin açarları Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın adından bu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən təqdim olunub.
Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin ilk elektrik avtomobili "Togg" təqdim olunub.