Tramp 500 milyon dollarlıq məhkəmə iddiası qaldırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı il prezident seçkisi zamanı onun vəkili olmuş Maykl Kohenə qarşı 500 milyon dollarlıq təzminat iddiası qaldırıb.

 

Senzor.az bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Florida Dairə Məhkəməsinə təqdim edilən 32 səhifəlik iddia sənədində bildirilib ki, Kohen keçmiş müvəkkili Trampın sirlərini ortaya çıxarmaqla peşəkar qaydaları pozub və bununla da onun etimadından sui-istifadə edib. Kohenin dərc etdiyi kitablar və podkastlar isə Trampın gözdən salınması təşəbbüsləri kimi qeyd edilib. 

 

Digər tərəfdən sənəddə iddia edilib ki, Kohen çəkilən xərcləri artıq göstərərək Trampın şirkətindən 75 min dollar haqsız qazanc əldə edib. Bu səbəbdən Kohenin 500 milyon dollar təzminat ödəməsi tələb edilib və həmçinin tam məbləğin də məhkəmə prosesi zamanı müəyyən edilməsi istənilib.

 

Yeri gəlmişkən, Donald Tramp sahibi olduğu “Trump Organization” şirkətində iddia olunan maliyyə fırıldaqçılığı işi üzrə ifadə vermək üçün bu gün Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin ofisinə gəlib.

 

CNN telekanalının məlumatına görə, bu iş ötən həftə respublikaçıya qarşı irəli sürülən maliyyə fırıldaqçılığı ittihamı ilə bağlı deyil. 2022-ci ilin avqustunda Tramp ştatın baş prokuroru Letisiya Ceymsin rəhbərlik etdiyi istintaq çərçivəsində artıq ifadə verib. O zaman prokurorluğun iclası dörd saata yaxın davam etmişdi.

 

Keçən ilin sentyabrında Nyu-York ştatının baş prokuroru Trampa, onun övladlarına, “Trump Organization” şirkətinin keçmiş maliyyə direktoru Allen Vaysselberq və onun köməkçisi Cefri Makkoniyə qarşı mülki iddia qaldırıb. İttiham tərəfi iddia edir ki, müttəhimlər 2011-ci ildən 2021-ci ilə qədər olan dövrdə bankları daha sərfəli şərtlərlə kredit verməyə sövq etmək üçün Trampın illik maliyyə hesabatlarında göstəricilərin yüksəldilməsi və azaldılmasını nəzərdə tutan sxemdə iştirak ediblər. Prokurorluq müttəhimləri 250 milyon dollar cərimələmək və respublikaçıya və övladlarına Nyu-York ştatında qeydiyyatdan keçmiş müəssisələrə rəhbərlik etməyi qadağan etmək istəyir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.