Milli Məclisin deputatı Fazil Mustafanın olduğu avtomobilin atəşə tutulması ilə bağlı görüntülər yayılıb.
Qeyd olunub ki, görüntülər deputatın evinin yaxınlığında quraşdırılan müşahidə kameralarından biri tərəfindən qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Senzor.az xatırladır ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.