Ermənistan Ombudsmanı saxlanılan Azərbaycan əsgərlərinə baş çəkdi - FOTO

Ermənistanın ombudsmanı Anahit Manasyan əlverişsiz hava şəraiti ilə əlaqədar azaraq Ermənistana keçən Azərbaycan hərbçilərinə baş çəkib.

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki,  bu barədə İnsan Hüquqları Müdafiə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Səfər zamanı Manasyanı ombudsman aparatının mütəxəssis həkimi müşayiət edib. O, Azərbaycan hərbçilərinin sənədləri, habelə onların saxlanma şəraiti ilə tanış olub. 


Məlumatda o da qeyd olunub ki, saxlanılan şəxslər pulsuz ictimai müdafiəçi, həmçinin tərcüməçi ilə təmin olunublar.

 

Hüquq müdafiəçisi Azərbaycan hərbçilərinə onların hüquqları və müdafiə mexanizmləri barədə məlumat verib.

 

Ombudsman sonradan bildirib ki, həmin şəxslər lazım olan hər şeylə - yemək, su və  şəxsi gigiyena vasitələri ilə təmin olunublar. Onlara lazım olanda tibbi yardım da göstərilir...


Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

 

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

 

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.