Suriyanın şimalında yerləşən “Zeytin Dalı” və “Fırat Kalkanı” bölgələrində PKK terror təşkilatının bütün mövqeləri Mehmetçik tərəfindən atəşə tutulub və terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, anti-terror əməliyyatı nəticəsində dörd Mehmetçik yaralanıb.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.