Almaniyadakı boks təşkilatları Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edir

Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsi və Diaspor Boks Liqası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını hiddətlə pisləyib.


Diaspora Komitəsindən verilən məlumata görə, Komitənin və Liqanın adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu yolverilməz hadisə “Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistan tərəfindən Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan növbəti akt” kimi dəyərləndirilib.


Diqqətə çatdırılıb ki, Azərbaycan bayrağına qarşı yolverilməz davranış Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər yarışda həyata keçirilib və həmin nifrət mühiti təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün edib.


Soydaşlarımız Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, müvafiq qurumları hər iki zorakılıq aktına hüquqi qiymət verməyə, beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.