Sudanda qanlı toqquşmalar
180 ÖLÜ, 1800 YARALI...

Son günlər Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında baş verən toqquşmalarda 180-dən çox insan həlak olub.

 

Senzor.az bildirir ki, bu barədə BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi, BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertes məlumat yayıb.

 

Bildirilib ki, toqquşmalar zamanı 1800-dən çox insan yaralanıb.

 

Ölənlər və yaralanlar arasında həm mülki şəxslər, həm də hərbçilər var.

 

Xatırladaq ki, Sudanda xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmirlər. Eyni zamanda silahlı qüvvələrə rəhbərlik edəcək şəxsin mülki və ya hərbçi olması ilə bağlı da fikir ayrılığı var.

 

Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə məhz fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salındı. Aprelin 12-dən 13-nə keçən gecə isə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürdü. Amma onlar bu ultimatuma məhəl qoymadılar. Nəticədə silahlar işə düşdü...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.