Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 20-də Sumqayıt şəhərində, nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında saat 10:00-dan Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri ilə görüşəcək.
Senzor.az FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, qəbula gələn vətəndaşların qeydiyyatı aprelin 19-da Sumqayıt Regional Mərkəzinin binasında saat 09:00-dan başlayıb.
Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.