Putin Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərində olub

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib və “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.

 

Senzor.az bildirir ki, məlumatı bu gün Rusiya Prezidentin Mətbuat xidməti yayıb.

 

V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskinin və başqa hərbi rəislərin məruzələrini dinləyib.

 

Rusiya Prezidenti ölkəsinin ilhaq etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında da olub. 

 

V.Putin bu bölgədə də Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.

 

Bildirilir ki, bu, V.Putinin Ukraynanın Xerson və Luqansk vilayətlərində keçirdiyi ilk müşavirədir.

 

O, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.