Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O həmin şəxslərin əksəriyyətinin hərbçi və yüksək rütbəli zabit olduğunu əlavə edib. Hökumət rəhbəri həmin şəxslərin pul qarşılığında öz mövqelərini qarşı tərəfə ötürdüyünü deyib.