Yanaraq ölən erməni hərbçilərin valideynləri yolu bağladılar

Ermənistanda hərbi hissədə yanaraq ölən 15 hərbçinin valideynləri İrəvan-Sevan yolunu bağlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə valideynlərin vəkili Norayr Norikyan “Feysbuk” səhifəsində yazıb.

 

O bildirib ki, valideynlər baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüş tələb ediblər.

 

“Onlar gəlib valideynlərin suallarını cavablandırmalı, oğullarının ölümü ilə bağlı izahat verməlidirlər. Yaxud da valideynlərini qəbul edəcəkləri konkret gün və saatı qeyd etməli və sualları cavablandırmalıdırlar”, – vəkil yazıb.

 

Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan görüşdə onların tələbini lazımı şəxslərə çatdıracağına söz verib və ona sabaha qədər vaxt verilməsini istəyib.

 

Vəkil Norayr Norikyan qeyd edib ki, qubernatorun cavabından sonra növbəti addımlar açıqlanacaq. Hazırda piket iştirakçıları evlərinə gedib sabaha qədər gözləmək qərarına gəliblər.

 

Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində mühəndis şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən evdə yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha 3 hərbçi yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, insidentə səbəb sobada alov yandırmaq üçün avtomobil benzinindən istifadə edilməsi olub. Faciədən sonra 5 yüksək rütbəli hərbçi - 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı tutduqları vəzifələrdən azad edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.