Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində olub.
Senzor.az bildirir ki, o, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşüb.
“Müxtəlif mövzular ətrafında səmərəli söhbət etdik. Beyin mərkəzləri və QHT-lər hər yerdə mənim kimi dövlət məmurlarını çətinə salmaqda və siyasətimizi gücləndirməkdə vacib rol oynayırlar”, - diplomat “Tvitter”də yazıb.
@aircenteraz -ın idarə heyətinin sədri @shafiyev_farid – lə mərkəzin qərargahında görüşdüm. Müxtəlif mövzular ətrafında səmərəli söhbət etdik. Beyin mərkəzləri və QHT-lər hər yerdə mənim kimi dövlət məmurlarını çətinə salmaqda və siyasətimizi gücləndirməkdə vacib rol oynayırlar. pic.twitter.com/8wqTH4JGdd
— FergusAuldFCDO (@FergusAuldFCDO) April 20, 2023