Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə cavab verib.
APA-nın xəbərinə görə, Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun Allahla münasibətləri pisdir.
"Çox tez-tez hökumətin kilsə ilə münasibətlərini pis və ya problemli kimi təqdim etmək istəyirlər. Səs-küylü bir açıqlama verəcəyəm: əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, kilsənin Allahla münasibətləri pisdir. Bu, xristian baxışına görə belədir", - Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan qeyd edib ki, kilsə öz mahiyyəti barədə düşünməlidir.
Qeyd edək ki, II Qaregin ötən gün Ermənistanda kilsə ilə hakimiyyət arasında əməkdaşlığın lazımi səviyyədə olmadığını bildirmişdi.