Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 21-də bayram namazından sonra jurnalistlərə şokolad paylayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısının media əməkdaşlarından birinə “Qız, gəl, bunu heç yerdə tapa bilməzsən. Bax bu tünd, bu da südlü” deməsi gündəm olub.
Məlumata görə, Prezident dünən İstanbuldakı Ayasofya məscidində bayram namazı qılıb. O, mərasimdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan açıqlamalarından sonra jurnalistlərə şokolad və şirniyyat təklif edib.