Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçiriləcək.
Azərbaycan Basketbol Federasiyasından Senzor.az-a verilən məlumata görə, mayın 20-də başlayacaq turnir iki gün davam edəcək.
Yarışda Azərbaycan yığması ilə yanaşı Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya milliləri də mübarizə aparacaqlar.
Qeyd edək ki, FİBA tərəfindən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir. Buna uyğun olaraq Astaradakı yarışda Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.