Zəlzələlərə görə, 311 min bina yararsız vəziyyətə düşüb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, 60 ölkə və beynəlxalq təşkilat bölgəyə 250 minə yaxın çadır göndərib.
“Qara günün dostlarının hamısını tanıyırıq”, - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti qeyd edib ki, 35 mindən çox axtarış-xilasetmə heyəti bölgədə xidmət aparıb: “Zəlzələlər vaxtı fədakarlıq göstərmiş yerli və əcnəbi 55 min nəfərə medal verəcəyik”.