Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
“Sputnik Armeniya” xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən məlumat verilib.
Tərəflər Cənubi Qafqazdakı mövcud durumu müzakirə ediblər.
N.Paşinyan və Ş.Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqların gedişatını müzakirə ediblər. Tərəflər regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.