Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpin ilə telefon danışıqları aparıb.
Senzor.az bildirir ki, bu barədə “Tvitter”də Volodimir Zelenski özü məlumat paylaşıb.
Prezident qeyd edib ki, Si ilə telefon danışıqları uzunmüddətli və məzmunlu olub. O bildirib ki, Çində Ukrayna səfirinin təyin edilməsi ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.
“Çinin başçısı Si Cinpin ilə davamlı məzmunlu telefon danışığı apardım. İnanıram ki, bu telefon danışığı, həmçinin Çində Ukrayna səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, - deyə Prezident qeyd edib.
O bildirib ki, Rusiyanın genişmiqyaslı işğalından əvvəl Çin Ukraynanın bir nömrəli ticarət tərəfdaşı olub.
"İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək", - Zelenski vurğulayıb.