Ermənistandakı Rusiya qoşunlarının bölmələri “Alagəz” poliqonlarında təlimlər keçirib.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin mütəxəssisləri poliqonun yüksək dağlıq ərazilərində təlimlər keçirərək müxtəlif kəşfiyyat əməliyyatları həyata keçiriblər.
Təlimlər zamanı şəxsi heyətin nümayəndələri zəhərli maddələrin şərti məruz qaldığı yerlərdən təxliyə edilib və onlara ilkin tibbi yardım göstərilib.