Rusiya Ukrayna ərazilərini növbəti irimiqyaslı raket zərbələrinə məruz qoyub.
Ukrayna KİV-in məlumatlarında raket zərbələrinə məruz qalan şəhərlər arasında Dnepr, Kremençuq, Poltava və Nikolayevin adları çəkilir.
Partlayış səsləri paytaxt Kiyevdə də eşidilib.
Rusiya ordusunun atdığı raketlərdən biri Uman şəhərində (Çerkassi vilayəti) yerləşən 9 mərtəbəli yaşayış binasına düşüb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda ərazidə xilasedicilərin, həkimlərin və polis əməkdaşlarının işlədiyi bildirilir.