Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb.
Senzor.az bildirir ki, bu barədə nazir “Tvitter”də paylaşım edib.
"Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq",- deyə nazir qeyd edib.