Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Senzor.az bildirir ki, bu barədə səfir “Tvitter” səhifəsində paylaşım edib.
"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir bildirib.
Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm.
— FergusAuldFCDO (@FergusAuldFCDO) April 29, 2023
Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olublar.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.