Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
Senzor.az bildirir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Azərbaycanda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.
Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.