“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda açıqlamasında deyib.
"Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib", - deyə Türkiyə lideri bildirib.
“Güclü Türkiyə vətəndaşları üçün qürur mənbəyidir. Terrorçular artıq başlarını qaldıra bilmirlər, bu da Avropanın təhlükəsizliyinə töhfə verir, amma bunu anlamırlar, hətta onları müdafiə edirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”, - deyə Ərdoğan vurğulayıb.